• Quş yuvası peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 4 465

Tarix : 11-09-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 qram kərə yağı
1 yumurta
1 stəkan şəkər tozu
1 stəkan nişasta
1 paket vanil
25 qram kakao (2 yemək qaşığı qədər)
2,5 -3 stəkan un
Bəzəmək üçün şokoladla örtülmüş badam konfeti, ya da çınqıla bənzər şokolad

Hazırlanması:
Undan başqa bütün ləvazimatları qarışdırın. Unu yavaş-yavaş əlavə edərək ələ yapışmayacaq şəkildə bir xəmir yoğurun. Sarımsaq əzənin içərisinə yetəri qədər xəmir qoyub, yağlı kağız sərilmiş məcməyiyə sıxın. Qəlib balaca olduğu üçün bir peçenye üçün iki dəfə sıxmaq lazımdır. Hamısını hazırladıqdan sonra bir butulka qapağı ilə ortasından basın. Əvvəlcədən isinmiş 180 dərəcə ocaqda 15-20 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz kimi bəzəyin.

Nuş olsun!
Etiketlər: stəkan, xəmir, qədər, yavaş, sonra, balaca, olduğu, sıxmaq, lazımdır, peçenye, sıxın, yağlı, qoyub, kağız, sərilmiş, Hamısını, məcməyiyə, Qəlib, butulka, bişirin
BİZİ İZLƏYİN