Tərkibi:1-ci qat:
2 ədəd yumurta (kiçik),
3-4 x.q. şəkər tozu,
5-6 x.q. yağ,
1 paket vanil,
3-4 x.q. qatıq,
2 ç.q. kakao,
1 st un,
yarım paket qabartma tozu
2-ci qat:
1 paket (15 qr) Jelatin,
0.5 st. ilıq su,
200 qr kəsmik,
1 st. şəkər tozu,
1 paket qaymaq (“Ülker” sıvı krema),
200 qr “Labne” pendiri (yaşıl qutu)
3-cü qat:
3 st. çiyələk şirəsi (“vita1000”),
2-3 x.q. şəkər tozu,
2 x.q. nişasta,
1 x.q. un,
2 ç.q. jele,
qırmızı qida boyası
Hazırlanması:Əvvəlcə alt qat üçün biskviti hazırlayırıq. Bunun üçün yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə yağ, qatıq, vanil və kakao əlavə edib, çalmağa davam edirik. Son olaraq ələnmiş un və qabartma tozunu töküb, qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri kənardan bağlana formaya və ya odadavamlı şüşə qaba töküb, sobada bişiririk. Biskvit peçenya kimi biraz bərk olmalıdır. Soyuduqdan sonra tərsinə çevirib,düz olması üçün alt hissəsini üstə qoyuruq.
İkinci qat üçün jelatini ilıq suya tökürük. 20-30 dəqiqə saxladıqdan sonra qarışdırıb açırıq. Emallı qazana töküb, çox zəif odda buxar çıxmağa başlayana kimi dayanmadan qarışdırırıq. Diqqət etmək lazımdır ki, qaynamasın. Oddan götürüb, soyuması üçün kənara qoyuruq (1). Daha sonra kəsmik və şəkər tozunu xama halını alana kimi mikserlə çalırıq (2). Ayrı bir qabda qaymaq və labne pendirini qaşıqla qarışdırırıq (3). Hər 3 qarışımı sıra ilə 2+3+1 bir-birinin üzərinə töküb, qarışdırırıq. Ağ rəngli kütlə alınır. Soyumuş biskvitin üzərinə bu kütləni əlavə edib, hər tərəfə yayırıq və üzərini hamarlaşdırırıq. Soyuducuya qoyurub, 3-cü qatın hazırlanmasına keçirik.
*Qeyd. Zövqə görə 2-ci qata doğranmış çiyələklər töküb, qarışdırımaq olar.
3-cü qat üçün qeyd olunmuş bütün ərzaqları soyuq halda bir qazana töküb, qaynayana kimi qarışdırırıq. Soyudub, 2-ci qatın üzərindən tökürük. Üzərini düzləşdirib, hamarlayırıq.
Nuş olsun!
Etiketlər: töküb, şəkər, qarışdırırıq, paket, tozunu, sonra, çalırıq, mikserlə, qaşıqla, əlavə, yumurta, qatın, üzərinə, qazana, tökürük, qoyuruq, kakao, vanil, qabartma, kəsmik