• Fincanda keks resepti

Reseptin məlumatları Baxış sayı: 10 212

Tarix : 28-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : firuzenin_metbexi


Tərkibi:
2 ədəd yumurta,
1 fincan şəkər tozu,
1 fincan duru yağ,
1 fincan süd,
2 fincan un,
2-3 x.q. kakao,
1 paket vanil,
soda

Hazırlanması:
Əvvəlcə yumurtanı şəkər tozu ilə birlikdə ağarana kimi mikserlə çalırıq. Daha sonra yağ və süd əlavə edib, mikserin aşağı sürəti ilə qarışdırmağa davam edirik. Un, kakao və sodanı ələkdən keçirib, xəmirə tökürük və yaxşıca qarışdırırıq. Fincanları marqarin və ya kərə yağı ilə yağlayırıq. Biraz una az miqdarda kakao qarışdıraraq fincana səpirik. Hazırladığımız xəmiri fincanlara töküb, üzərinə damla şokolad tökürük. Fincanları qazana yığıb, yarısına qədər su tökürük və qaza qoyuruq. Su qaynamağa başlayanda qazanın ağzına çay dəsmalı sərib, qapağını kip bağlayırıq. Az odda bişməyə qoyuruq. İlk 20 dəqiqə qazanın qapağını heç açmırıq. Sonra qapağı götürüb, çöplə keksin bişib-bişmədiyiniz yoxlaya bilərsiniz. Fincanlar biraz soyuduqdan sonra keksləri çıxardıb, servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: fincan, tökürük, kakao, sonra, qazanın, Fincanları, qapağını, qoyuruq, bilərsiniz, şəkər, qazana, sərib, şokolad, dəsmalı, bağlayırıq, ağzına, qaynamağa, bişməyə, yarısına, başlayanda
BİZİ İZLƏYİN