Tərkibi (iki sini üçün):
Xəmir üçün:3 st. un
300 q kərə yağı
300 q xama
İç üçün:6 yumurtanın ağı
2 st. şəkər tozu
300 q qoz
1 st. kişmiş
Üzərinə:1 yumurtanın sarısı
fındıq
30 sm diametrli forma
Hazırlanması:Qozu ət maşınından keçirin, kişmişi yuyub qurudun.
Xəmir: unu ələyin, kərə yağını üstünə qoyub bıçaqla xırdalayın.
Sonra bu ovuntuğu ləyənə qoyun, xama əlavə edib yoğurun, kündələyin. Soyuducuya qoyun.
İç:Yumurta ağlarını tədricən şəkər tozu əlavə edərək çalın. Qozu və kişmişi əlavə edib qarışdırın.
Bir sini üçün 3 kündə götürün. Formanın ölçüsü boyda yayın, birinci və ikinci layların üstünə iç qoyun, üçüncü lay xəmirlə piroqun üstünü örtün.
Kənarlarını barmaqlarınızla basdırın. Ya paxlava, ya da dördbucaq formasında kəsin. Üzərinə yumurta sarısı çəkin, fındıq basın.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
(1 sini paxlava bişirmək istəyirsinizsə, ərzağı ikiyə bölün).
Nuş olsun!
Etiketlər: əlavə, qoyun, kişmişi, paxlava, üstünə, sarısı, fındıq, şəkər, yumurtanın, Xəmir, Üzərinə, dördbucaq, yumurta, kəsin, formasında, basdırın, üstünü, üçüncü, layların, ikinci