• Çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 3 643

Tarix : 9-03-2018, 20:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çiyələk – 300 qr;
Yumurta – 4 ədəd;
Süd – 100 ml;
Kərə yağı – 250 qr;
Un – 150 qr;
Şəkər- 200 qr;
Vanil tozu – 10 qr;
Qabartma tozu – yarım çay qaşığı;
Duz – 1 çimdik

Hazırlanması:
2 xörək qaşığı şəkər tozunu ayırıb, qalanını 3 ədəd yumurta və kər yağı ilə çalın. Qarışdırarkən ələkdən keçirilmiş un, qabartma, vanil tozu və duz qarışımı əlavə edin. Xəmirin bir balaca hissəsini piroqu bəzəmək üçün kənara qoyun. Qalan xəmiri kərə yağı ilə isladılmış formaya boşaldın. Çiyələyi yuyun, yarpaqlardan təmizləyin və dörd yerə bölün. Hazırlanmış ciyələkləri xəmirin üzərinə basaraq yerləşdirin. Üzərini isə kənara qoyulmuş xəmir ilə dama şəklində bəzəyin. Xəmiri 180 dərəcəlik sobada yarım saat ərzində bişirin. Piroq bişərkən üzərinə tökmək üçün qarışım hazırlayın. Bunun üçün şəkər tozu, 1 ədəd yumurta və südü birlikdə çalın. Yarım saat keçdikdən sonra sobadan piroqu çıxarın və üzərinə qarışımı tökün. Sonda bir dəfə də 20-25 dəqiqəlik piroqu sobada saxlayın.

Nuş olsun!
Etiketlər: piroqu, üzərinə, kənara, çalın, şəkər, sobada, qaşığı, yumurta, qarışımı, yarım, ərzində, dərəcəlik, Xəmiri, xəmir, yerləşdirin, basaraq, xəmirin, Üzərini, qoyulmuş, şəklində
BİZİ İZLƏYİN