• Meyvəli keks resepti

Reseptin məlumatları Baxış sayı: 79 476

Tarix : 1-06-2014, 08:13

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta – 3 ədəd;
Şəkər tozu – 1 st.;
Süd – 1 stəkan;
Duru yağ -1 st.;
Qabartma tozu – 1 paket;
Vanil – 1 paket;
Toz halına salınmış fındıq – 1 st.;
Toz halına salınmış qoz – 1 st.;
Quru meyvə – 1 st.;
Un – 3 st.;

Hazırlanması:
Yumurtaları sındırıb, şəkər tozu ilə mikserdə çalırıq.
Köpüklənəndən sonra üstünə südü, duru yağı, vanil və qabartma tozunu da əlavə edib, mikserdə çalmağa davam edirik.
Sonra unu və quru meyvələri əlavə edib, xəmir halına gələnə qədər qarışdırırıq.
Sobanı 170 dərəcə temperaturda qızdırırıq.
Keks üçün xüsusi qablara (formalara) kağız qoyub, yağlayırıq və xəmiri onların içinə tökürük. Zövqə görə hər keksin üzərinə bir neçə quru meyvə qoyuruq. Keksləri şişənə qədər bişiririk.

Nuş olsun!
Etiketlər: halına, meyvə, əlavə, qədər, mikserdə, salınmış, paket, Sobanı, qarışdırırıq, qoyub, formalara, kağız, dərəcə, yağlayırıq, xüsusi, temperaturda, qızdırırıq, qablara, içinə, Keksləri
BİZİ İZLƏYİN