• Mannik resepti

Reseptin məlumatları Baxış sayı: 5 402

Tarix : 22-12-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Tərkibi:
Xəmiri üçün:

1 stəkan (məndəki 200 ml) qatıq
1 stəkan manna yarması
2 yumurta
Şirinləşdirici (mən iki xörək qaşığı bəhməz qatdım)
Bir çay qaşığı soda

Hazırlanması:
Əvvəlcə mannanı qatığın içində 40-50 dəqiqə gözlədirik, tam içinə yeyilsin deyə, sonra digər inqredientləri qarışdırıb 40-45 dəqiqəliyinə sobaya salırıq.

Kremi üçün:
130 qram yumşaq kəsmik
1 xörək qaşığı bəhməz
1 xörək kakao tozu
Əgər çox bərk alınsa azca südlə yumşalda bilərsiz.

Sobadan çıxdıqdan sonra soyumağa qoyuruq. Az sonra isə kremi çəkib bir neçə saatlığa soyuducuya salırıq.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, sonra, bəhməz, salırıq, stəkan, alınsa, südlə, yumşalda, kakao, kəsmik, sobaya, Kremi, yumşaq, bilərsiz, çıxdıqdan, saatlığa, soyuducuya, olsun, çəkib
BİZİ İZLƏYİN