• Ananaslı və armudlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 26 666

Tarix : 1-06-2014, 09:50

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
5-6 dilim ananas
1 ədəd armud
3 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı un
1 paket qabartma tozu
180 qram əridilmiş marqarin

Karamel üçün:
1 xörək qaşığı toz şəkər
2 xörək qaşığı su

Şəkərvə suyu qarışdıraraq az odda karameli hazırlayın. Karameli qəlibin dibinə yayın. Armudu soyub, dilimləyin. Ananas və armud dilimlərini karamelin üzərinə düzün. Digər tərəfdə yumurtaları yaxşıca çırpın. Toz şəkəri əlavə edib təkrar 2-3 dəqiqə daha çırpın. Üzərinə unu və qabartma tozunu ələyib, əridilmiş marqarini əlavə edin. Yaxşıca qarışdırın. Qarışığı meyvələrin üzərinə yayın. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qabartma, xörək, qaşığı, yayın, çırpın, əridilmiş, şəkər, üzərinə, armud, stəkanı, Üzərinə, yumurtaları, dəqiqə, tozunu, təkrar, ələyib, yaxşıca, şəkəri, Qarışığı
BİZİ İZLƏYİN