Tərkibi:2 yumurta,
1 çay stəkanı şəkər tozu,
1 çay stəkanı süd,
1 çay stəkanı duru yağ,
3 yemək qaşığı kakao,
1 paket vanilin,
2 çay stəkanı un,
1 paket qabartma tozu,
Keksini islatmaq üçün:1 su stəkanı süd,
Keksin kremi üçün:200 ml süd qaymağı,
200 q südlü bittər qarışıq şokolad,
Keksin üzəri üçün:Hindistan cevizi,
Şokolad parçaları,
Şokolad topları,
Hazırlanması:Yumurta və şəkəri 8-10 dəqiqəyə yaxın köpürüncə çırpın.
Süd , duru yağı, vanilini , kakao, ələnmiş unu ələyərək qarışdırdıqdan sonra ələnmiş qabartma tozunu da əlavə edib spatula ilə qarışdırın.
Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
Kərə yağı ilə yağlanmış 28 cm -lık tart qəlibinə boşaldıb öncədən qızdırılmış sobada 170 dərəcədə 22-23 dəqiqədə nəzarət edərək bişirin.
Bişən tartı sobadan çıxardıb soyumağa qoyun.
Soyuyan keksi servis tabağına tərs çevirin.
Kürdan ilə dələrək 1 su stəkanı süd ilə hər tərəfini ısladıb südün çəkilməsini gözləyin.
Son olaraq hazırlanan kremi üzərinə yayın.
Arzuya görə süsləyin.
Nuş olsun!
Etiketlər: stəkanı, qabartma, Keksin, ələnmiş, paket, kremi, Şokolad, kakao, süsləyin, Bişən, bişirin, tartı, sobadan, soyumağa, çıxardıb, edərək, dəqiqədə, öncədən, boşaldıb, qəlibinə