Tərkibi:6 st. un
3 yumurta
100 q yaş maya
1,5 paçka marqarin
1/2 st. su (bir az çox da ola bilər, yəni 3/4 st.)
darçın
şəkər tozu
zoğal pavidlası (başqası da olar, amma turş olması lazımdır)
Hazırlanması:Marqarini vam odda əridin. Yumurtaları çalın. Unu yaş maya ilə ovun. Su, ərinmiş marqarin və yumurtanı əlavə edib yoğurun. Xəmir yumşaq olmamalıdır.
Təmiz dəsmal götürüb kündələdiyiniz xəmiri ortasına qoyun. Dəsmalı boğça kimi bağlayın. İçinə təmiz su tökülmüş qazanın içinə salın. “Batiskaf” suya batacaq. 10-20 dəqiqə sonra isə suyun bir hissəsini canına çəkərək üzə çıxacaq, deməli, xəmir hazırdır.
Çörək taxtasının üstünə un səpin. Xəmiri buraya qoyub ətləyin. Lazım gələrsə, yenə un vurun. Kündələyin, üzərini dəsmalla örtüb 15-20 dəqiqə saxlayın.
Taxtanın üstünə şəkər tozu və darçın səpib qarışdırın.
Xəmiri kündələrə bölüb bu qarışığın üzərinə yayın. Üzərinə pavidla çəkin. Sonra rulet kimi bükün. 2-3 sm enində doğrayın.
Siniyə aralı-aralı düzün. 200 dərəcə qızdırılmış sobada bişirin.
Üzəri qızaranda çıxarın. Bir kənarından kəsib dadına baxın, bişib-bişmədiyini yoxlayın. Çox qurutmayın.
Nuş olsun!
Etiketlər: şəkər, aralı, üstünə, darçın, dəqiqə, Xəmiri, marqarin, kündələrə, səpib, bölüb, qarışdırın, üzərinə, Üzərinə, yayın, səpin, Taxtanın, qarışığın, örtüb, gələrsə, Lazım