• Kəsmikli torf piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 956

Tarix : 27-10-2014, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q un
250 q yağ
500 q kəsmik
4 x.q. kakao
4 yumurta
350 q şəkər tozu
vanil
3 x.q. nişasta
100 q xama

Hazırlanması:
Kərə yağını yumşaldın, 150 q şəkər tozu əlavə edib çalın.

Kakaonu unla qarışdırın, yağlı-şəkərli qarışığı əlavə edib əlinizlə ovun.

Formanın içinə perqament döşəyin, ovuntuğun yarısını tökün, hamarlayın.

İç: kəsmiyi şəkər tozunun qalanı və vanillə qarışdırın, yumurta və xama əlavə edib blenderdə eynicinsli kütlə alınanadək çalın, sonra nişastanı əlavə edin, qarışdırın.

Kəsmikli içi ovuntuğun üzərinə tökün, hamarlayın.

Ovuntuğun qalanını üzərinə səpin.

190 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qarışdırın, yumurta, ovuntuğun, çalın, tökün, hamarlayın, üzərinə, alınanadək, sonra, eynicinsli, vanillə, blenderdə, nişastanı, kütlə, Ovuntuğun, qızdırılmış, sobada, dəqiqə
BİZİ İZLƏYİN