• Hind qozu pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 17 683

Tarix : 28-11-2014, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kəsmik
1,5 st. şəkər pudrası
300 q kərə yağı
300 q peçenye
2 x.q. kakao
4 x.q. kokos yonqarı
1 st. qoz
1 banka qatılaşdırılmış süd

Hazırlanması:
Qozu xırdalayın, peçenyeləri ovuntuq halına salın.

Kəsmiyi ələkdən keçirib kərə yağı və şəkər pudrası ilə qarışdırın.

Bu qarışığı 3 yerə bölün: birinə qoz, digərinə peçenye ovuntuğu, üçüncüyə isə kakao əlavə edin.

Birinci qarışıqdan (qozlu) xırda kürə düzəldin. Bunu ikinci qarışıqdan (peçenyeli) düzəltdiyiniz yaymanın içinə qoyub kürə halına salın. Sonra bunu da üçüncü (kakaolu) qarışıqdan düzəltdiyiniz yaymanın içinə qoyub hind qozu forması verin.

Hind qozlarını qatılaşdırılmış südə, sonra isə kokos yonqarına batırın. Kakao tozuna da batırmaq olar.

Nuş olsun!
Etiketlər: qarışıqdan, qoyub, salın, içinə, yaymanın, düzəltdiyiniz, qatılaşdırılmış, halına, kokos, peçenye, kakao, pudrası, şəkər, düzəldin, Sonra, olsun, ikinci, peçenyeli, üçüncü, forması
BİZİ İZLƏYİN