• Kəsmikli aysberq deserti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 906

Tarix : 23-12-2014, 18:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
1 banka qatılaşdırılmış süd
100 q şəkər tozu
500 q kəsmik
1 plitə tünd şokolad
müxtəlif meyvələr (kivi, banan, armud, alma - istəyə görə)

Hazırlanması:
Qatılaşdırılmış südü, şəkər tozunu, kəsmiyi əvvəlcə qaşıqla qarışdırın. Sonra isə blenderdə eynicinsli kütlə alınanadək çalın. Elə edin ki, lopalar qalmasın. Bu qarışığın yarısını münasib qaba qoyun. Qaşıqla hamarlayın.

Meyvələri yuyub nazik doğrayın, qabdakı kəsmik qarışığının üzərinə düzün. Kəsmik qarışığının yerdə qalanını isə bu qatın üzərinə əlavə edin. Yenə qaşığın köməyilə hamarlayın. Tünd şokolad plitəsini sürtgəcdən keçirib desertin üstünə səpin. Sonra "aysberqi" 5-6 saat soyuducuda saxlayın.
Süfrəyə çayla birlikdə verə bilərsiniz.

Nuş olsun!

Kəsmikli aysberq deserti resepti - FOTO RESEPT

Etiketlər: şokolad, üzərinə, Sonra, kəsmik, qarışığının, hamarlayın, şəkər, qalanını, qatın, qaşığın, yerdə, əlavə, Kəsmik, qabdakı, köməyilə, nazik, düzün, doğrayın, sürtgəcdən, Süfrəyə
BİZİ İZLƏYİN