Tərkibi: 3 yumurta
3 fincan şəkər tozu
1 fincan bitki yağı
1 fincan süd
3,5 fincan un
2-3 x.q. kakao
1 paket qabartma tozu
1 paket vanil
krem: 1 l süd
7 x.q. nişasta
1 st. şəkər tozu
1 paket krem-şanti
Hazırlanması:Yumurtaları vanil və şəkər tozuyla çalın. Yağ və süd əlavə edin. Unu kakao, qabartma tozu ilə qarışdırıb əlavə edin, qarışdırın. Yağlanmış siniyə töküb 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Keksi soyudun.
Südə nişasta və şəkər tozu əlavə edib qarışdırın, qaynadın, qatılaşanadək bişirin. Soyutduqdan sonra krem-şanti ilə mikserlə çalın.
Stəkanla keksdən dairələr kəsin. Keksin artıqlarını sürtgəcdən keçirib xırdalayın.
Keksdən kəsdiyiniz dairələrin üzərinə 1 x.q. krem qoyun, biskvit ovuntuqlarını üzərinə səpin, yuvarlaq şəkil verin.
Nuş olsun!
Etiketlər: şəkər, fincan, paket, əlavə, şanti, çalın, üzərinə, bişirin, nişasta, qarışdırın, qabartma, kakao, vanil, artıqlarını, sürtgəcdən, keçirib, olsun, Keksin, dairələr, mikserlə