• Karpat piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 683

Tarix : 25-06-2015, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

250 ml su
125 q kərə yağı
1 çimdik duz
1 çimdik şəkər tozu
180 q un
4 iri (yaxud 5 orta) yumurta

krem:
500 ml süd
50 q un
50 q kartof və ya qarğıdalı nişastası
150 q şəkər tozu
1 x.q. vanil cövhəri
200 q kərə yağı
şəkər pudrası (üzərinə)

Hazırlanması:
Xəmir: qazana suyu tökün, duz, şəkər tozu, xırda doğranmış yağ əlavə edin. Orta itilikli ocaqda yağ əriyənədək bişirin.
Ocaqdan götürüb qarışdıraraq unu qatın, yenə ocağın üstünə qoyun, daim qarışdıraraq xəmir özü kündə halına düşənədək, dibində yüngül qazmaq yarananadək (təxminən 2-3 dəqiqə) bişirin.
Ocaqdan götürün, xəmiri ləyənə qoyun. Bir-bir yumurtaları əlavə edin. Hər birindən sonra eynicinsli kütlə alınanadək qarışdırın. Xəmirin qatılığına diqqət edin, o, çox axıcı olmamalıdır, hamar və parıltılı olmalıdır.
Siniyə perqament döşəyin, xəmiri içinə qoyub təxminən 25x40 sm ölçüdə yayın.
200 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin.
Krem: tayqulpa 100 ml süd tökün, un və nişasta əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Qalan südü, şəkər tozu və vanili əlavə edin. Orta itilikli ocaqda daim qarışdıraraq qatılaşanacan bişirin.
Ocaqdan götürüb ləyənə tökün, üzərinə qida plyonkası çəkin (qaysaqlamasın deyə) və tam soyudun.
Otaq temperaturunda olan kərə yağını krem halına düşənədək çalın, az-az bişmiş krem əlavə edərək hər dəfə yaxşıca çalın.
Soyumuş korju yarı bölün. Birini qaba qoyun, üzərinə kremin hamısını bərabər qaydada paylaşdırın. İkinci korju qoyub üzərinə şəkər pudrası səpin.
Soyuducuda 40-60 dəqiqə saxlayın.

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT

Karpat piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üzərinə, bişirin, təxminən, qoyun, qarışdıraraq, Ocaqdan, tökün, dəqiqə, qoyub, götürüb, çalın, korju, qarışdırın, kütlə, ləyənə, eynicinsli, düşənədək, halına
BİZİ İZLƏYİN