• Fransız şirniyyatı madelines resepti

Reseptin məlumatları Baxış sayı: 20 563

Tarix : 16-05-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
100 qram kərə yağı
30 qram bal
60 ml süd
3 ədəd yumurta
130 qram şəkər
150 qram un
10 qram qabartma tozu
Vanil
1 limonun qabığnın rəndəsi
Pudra şəkər

Hazırlaması:
1. Bir qazana kərə yağı, bal və süd qoyulur. Ocaqda vam odda kərə yağ və bal süddə əriyib qarışana qədər isidilir. Qalnamadan ocağın üzərindən götürülür.
2. Duxovkanı 200 dərəcəyə isidilir.
3. Qəliblər yaxşıca yağlanır, unlanır və soyuducuya soyumağa qoyulur.
4. Ayrı bir qabda şəkər, yumurta, vanil, limon qabığı rəndəsi bir birinə yaxşıca qarışdırılır.
5. Qarışığın üzərinə un və qabartma tozu əlavə edilir, yumşaqca qarışdırılır.
6. İlıq kərəyağlı, ballı süd qarışığı unlu qarışığın üzərinə yavaşca, bir neçə dəfədə əlavə edilərək qarışdırılır.
7. Soyuducuda soyuyan qəliblər çıxardılır. Bir qaşıq vasitəsi ilə qarışıq bu qəlibin dörddə üçü doldurulur. Tam doldurulmur, çünki bişəndə qabaracaq.
8. Duxovkanın temperaturu 160 dərəcəyə endirilir. Qəliblər duxovkaya yerləşdirilir, nəzarət altında 8 dəqiqə bişirilir.
9. Sonra temperatur 150 dərəcəyə endirilir və 5 dəqiqə də bu temperaturda bişirilir.
10. Duxovkadan çıxardıldıqdan sonra bir izqaranın üzərinə qoyulur və soyuması gözlənilir.
11. Tək tərəfinə pudra şəkəri səpilir və servis edilir.
12. Bu yumşaq və islaq pirojna günün hər saatında ləzzətlə yeyilir. Yanında da bir armudu stəkan çayla ləzzətinə doyum olmur.

Nuş olsun!
Etiketlər: dərəcəyə, üzərinə, qoyulur, qarışdırılır, şəkər, yaxşıca, endirilir, bişirilir, Qəliblər, dəqiqə, isidilir, əlavə, qabartma, edilir, rəndəsi, yumurta, çıxardıldıqdan, Duxovkadan, temperatur, temperaturda
BİZİ İZLƏYİN