• Balqabaqlı rulet (boranılı rulet) resepti

Reseptin məlumatları Baxış sayı: 21 920

Tarix : 21-12-2015, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
İç xərcı üçün:

300 q doğranmış boranı,
2 su stəkanı şəkər tozu,
1 su stəkanı su,
6-7 ədət mixək,
1 yemək qaşığı kərə yağı,

Xəmiri üçün:
5 ədət yumurta,
1 su stəkanı şəkər tozu,
1 su stəkanı un,
yarım çay qaşığı soda,

Hazırlaması:
Doğranmış boranı,toz şəkər,mixək və suyu bir qazana alınıb boranılar bişənə qədər orta atəşdə bişirin.
Boranılar bişdikdən sonra başqa qaba yığıb soyumağa qoyulur.
Yumurta və toz şəkəri mikserlə çırpın.
Qarışdıqdan sonra soda və un da əlavə edib qarışdırmağa davam edin.
Tam qarışdıqdan sonra xəmiri yağlanıb unlanmış fırın sinisinə tökun.
180 dərəcə qızdırılmış fırında bişirin.
Sonra sinidən çıxarıb təkrar çevirərək isti-isti rulet kimi sarıyın.
Bir az soyuduqdan sonra açıb kərə yağıyla yağlayın.
Boranılı ərzaqları qalın təbəqə halında surtərək yenidən rulet kimi bükün.
Sonunda üzərinə pudra şəkəri ələyin.
Artıq balqabaqlı ruletimiz servis edilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, stəkanı, rulet, şəkər, mixək, qaşığı, şəkəri, bişirin, boranı, təkrar, yağlayın, çevirərək, yağıyla, sarıyın, soyuduqdan, çıxarıb, fırında, sinisinə, fırın, tökun
BİZİ İZLƏYİN