• Yaş keks resepti

Reseptin məlumatları Baxış sayı: 60 997

Tarix : 10-06-2014, 18:32

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
4 ədəd yumurta
1 qəhvə fincanı maye yağı
½ su stəkanı süd
4 qəhvə fincanı şəkər
1,5 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
4 qəhvə fincanı un

Hazırlanması:
Yumurta və şəkəri yaxşıca çırpın. Ardından süd və kakaonu əlavə edib qarışdırın.
Bu qarışıqdan 1 su stəkanını ayırın. Qalan qarışığa yağ, un, vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın. Bu vaxt sobanı 180 dərəcədə istiləşməyə buraxın. Qarışdırma əməliyyatı bitdikdən sonra istilənmiş sobaya içliyi qoyun.
50 dəqiqə qədər sobada bişirin. Sobadan alınan isti keksin üzərinə ayırdığınız qarışığı, qarışığın üzərinə bir yarım su stəkanı süd əlavə edərək tökün. Soyuyunca üzərinə dondurma qoyaraq servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, fincanı, qəhvə, qarışdırın, vanil, yaxşıca, paket, qabartma, stəkanı, Sobadan, alınan, keksin, sobaya, istilənmiş, bişirin, qoyun, içliyi, qədər, sobada
BİZİ İZLƏYİN