• Biskvit zəriflik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 43 081

Tarix : 5-10-2015, 22:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
400 qr un
300-450 qr şəkər tozu
1 stəkan süd
5 ədəd yumurta
100 qr kərə yağı
10 qr qabartma tozu
bir çimdik duz

Hopdurması üçün:
250 qr yağsız xama
350 qr qatılaşdırılmış süd (squşonka)
1 x/q vanil esensiyası

Hazırlanması:
1. İnqredientlər.
2. Soba 180°C temperaturunda isidilir. Kasaya un, qabartma tozu və duz əlavə olunub kənara qoyulur.
3. Balaca qazanda, az odda südlə yağ isidilir, yalnız yağ əriyənə qədər.
4. Bir qədər dərin qazanda, yumurta ilə şəkər tozu çalınır. Təqribi 5 dəqiqə - yumurtanın rəngi açılana qədər.
5. Sonra, tədricən qarışdıraraq qaşıqla un əlavə edilir.
6. Və yuxarıda hazırlanan südlü mayenin 1/4 hissəsi əlavə edilir.
7. Hamısı bir yerdə həmcins kütlə alınana qədər çalınır. Biskvit qabı yağlanır, dibinə bir qədər un səpilir. Maye xəmir biskvit boşqabına əlavə edilib 40-50 dəqiqəlik sobaya yerləşdirilir.
8. Hazır biskvit qırmızı və elastik alınmalıdır. Bir qədər soyudulur.
9. Bu arada hopdurma hazırlanır. Blender vasitəsi ilə qatılaşdırılmış süd, xama və vanil esensiyası tam qarışdırılır.
10. Biskvit formadan çıxarılır.
11. Biskvit öz həcmindən böyük bir qazana yerləşdirilir. Bıçaq və ya çəngəl vasitəsi ilə biskvitdə dərin dəliklər edilir.
12. Hopdurma ilə yavaş-yavaş doldurulur.
13. Və bu halda, qazanın qapağı bağlanıb, biskvit 5 saat ərzində saxlanılır (daha yaxşı olar ki bütün gecəni). Bu müddət ərzində biskvit süngər kimi bütün hopdurmanı özünə çəkmiş olar.
14. Dadlı, zərif və yüngül biskvit hazırdır! Səhər yeməyində bir fincan çay ilə bu cür biskvit hər kəsin xoşuna gələr.

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT

Biskvit zəriflik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: biskvit, qədər, əlavə, edilir, Biskvit, bütün, qazanda, isidilir, esensiyası, dərin, çalınır, yerləşdirilir, vasitəsi, yavaş, vanil, ərzində, yumurta, qabartma, şəkər, qatılaşdırılmış
BİZİ İZLƏYİN