• Şokoladlı-bananlı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 858

Tarix : 10-04-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Tərkibi:
3 ədəd çox dəymiş banan
125 ml bitki yağı
2 ədəd yumurta
100 qr qəhvəyi şəkər tozu
225 qr buğda unu
3 x/q (15 ml) kakao
1 ç/q qabartma tozu

Hazırlanması:
Bu kekslər əsasən səhər yeməyində və ya nahardan sonra qəhvə ilə çox yaxşıdı gedir. Gözəl formaya malik və cəmi yarım saata hazırlanır.

1. İnqredientlər.

2. Soba 200 dərəcəyədək isidilir. Bananlar püre halında olana qədər blenderdən keçirilir.

3. Yağ əlavə edilir və yaxşı qarışdırılır.

4. Yumurta əlavə edilir və yenidən qarışdırılır.

5. Şəkər tozu əlavə edilir.

6. Qarışdırılır və kənarda saxlanılır.

7. Digər boşqaba ələkdən keçirilərək un və üzərinə kakao əlavə edilir.

8. Yaxşı qarışdırılır.

9. Alınmış un az-az bananlı maye məhlula qarışdırılaraq əlavə edilir. Yaxşı qarışdırılır.

10. Alınmış məhlul ilə formalar həcminin 2/3 hissəsi qədər doldurulur və 15-20 dəqiqə müddətinə isidilmiş sobaya yerləşdirilir.

11. Bu müddət ərzində kekslər qaralıb və formalardan bir qədər irəli çıxacaqlar. Sobadan çıxardıb bir qədər formada qalıb soyuyandan sonra boşqaba əlavə etmək olar. Üzərinə şəkər pudrası əlavə edərək süfrəyə vermək olar.
Şokoladlı-bananlı keks resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, edilir, qədər, qarışdırılır, kekslər, Alınmış, kakao, boşqaba, şəkər, Yaxşı, sonra, etmək, Üzərinə, üzərinə, bananlı, məhlula, formalar, məhlul, qarışdırılaraq, keçirilərək
BİZİ İZLƏYİN