Tərkibi:2-4 ədəd şaftalı
1/3 stəkan qarğıdalı unu
3/4 stəkan adi un
1 ç/q qabartma tozu
1 çimdik soda
1 çimdik duz
1 ədə toyuq yumurtası
50 qr kərə yağı
1 x/q bal
3/4 stəkan xama (və ya yoqurt)
3/4 stəkan + 2 x/q şəkər tozu
1 ç/q vanil
1 ç/q konyak
Hazırlanması:1. Bu piroqda əsas rolda şaftalıdır. Onlar yuyulur, tumları çıxarılır və nazik dilimlərə doğranılır.
2. Tava perqament kağızı ilə örtülür, yağlanır və üzərinə 2 qaşıq şəkər tozu səpilir.
3. Yağ və bal mikrodalğalı sobada əridilir (həmçinin su buxarı ilə də əritmək olar). Onların qaynamasına yol verilməməlidir!
4. Yumurta şəkər tozu ilə qarışdırılır, xama, yağ və bal əlavə edilir.
5. Ayrıca hər iki un növü, qabartma tozu, duz, soda və vanil qarışdırılır. Unlu məhlul yumurtalı-xamalı məhlul ilə qarışdırılır. Xəmir oladi xəmiri kimi alınmalıdır. Lazım olduqda bir qədərdə un əlavə edilə bilər.
6. İlk olaraq şaftalılar düzülür sonra üzərinə xəmir (2-3 lay) və əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya yerləşdirilir.
7. Piroq sobada 30-40 dəqiqə bişəndən və birqədər soyuyandan sonra, boşqabla örtülür və çevirilərək boşqaba salınır.
8. İsti piroqu konyak və ya digər ətirli spirtli içki ilə səpmək olar.
Nuş olsun!
Etiketlər: stəkan, qarışdırılır, şəkər, qabartma, üzərinə, sonra, çimdik, vanil, əlavə, məhlul, konyak, sobada, örtülür, edilə, bilər, düzülür, şaftalılar, olaraq, qədərdə, Lazım