Tərkibi:keks üçün xəmir, yarı porsiya.
1 ç/q vanil
1 x/q limon qabığı
şəkər pudrası
Hazırlanması:Keks - dadlı və asan hazırlanan desert növlərindəndir. Artıq bir dəfə keks xəmirini hazırlamağı biləndən sonra, siz tez-tez öz ailənizi müxtəlif cür kekslər bişirməklə sevindirəcəksiniz. Hazırki resept keksin ev şəraitində ən sadə hazırlanması reseptidir. Bu kekslərə forma vermək üçün xüsusi silikon qablardan istifadə ediləcək. Əvvəllər kekslərə forma vemək üçün satışda yalnız metalik qablar idi və bu mütəlif cür problemlər yaradırdı. Yeni silikon qablar daha tez və rahat yuyulurlar.
1. Keks üçün xəmir hazırlanması artıq saytımızda ətraflı yazılmışdır. Reseptdə oradaki xəmirin yarı hissəsi istifadə ediləcəkdir.
2. Xəmirə vanil əlavə edilib yaxşı qarışdırılır.
3. Keks xəmirini bitki yağı ilə yağlanmış silikon qablara tökürük. Bişdikdə xəmir qalxacaq, onun üçün silikon qabın 2/3 hissəsi dolmalıdır.
4. Əvvəlcədən 180-200 dərəcədə isidilmiş sobada, üzü qızaranacan, 30-40 dəqiqə bişirilir.
5. Bişəndən sonra kekslər silikon qabdan çıxarılıb birqədər soyuması üçün taxta üzərinə düzülür.
6. Soyuyandan sonra kekslər boşqaba yerləşdirilib şəkər purdası ilə səpilir.
7. Kekslər zərif və dadlı alındı.
Nuş olsun!
Etiketlər: silikon, xəmir, sonra, istifadə, kekslər, xəmirini, şəkər, qablar, dadlı, hissəsi, forma, vanil, hazırlanması, kekslərə, qablara, yağlanmış, olsun, tökürük, Bişdikdə, qalxacaq