• Kişmişli keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 436 715

Tarix : 16-09-2015, 18:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
250 ml qatıq
0,5 stəkan ərinmiş kərə yağı
2 stəkan un
0,5 stəkan kişmiş(zövqə görə)
0,5 ç/q soda
vanil

Hazırlanması:
1. İlk öncə yumurta ilə şəkər tozu mikserlə və ya qarışdırma teli ilə qarışdırılır.

2. Sonra qatıq, yağ, un, kişmiş, soda, vanil əlavə olunur və qarışdırma teliylə yaxşı qarışdırılır.

3. Əgər keks üçün xüsusi kağızınız varsa keks qabınızın içinə qoyub alınmış kütlədən qablara tökün.Əgər kağızınız yoxdursa, keks qablarımızın içinə fırça yardımı ilə duru yağ vurub (keks bişəndə yapışmasın deyə), alınmış kütlədən qablara tökürük.

4. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirilir.

Kişmişli keks resepti - FOTO RESEPT

Kişmişli keks resepti - FOTO RESEPT

Kişmişli keks resepti - FOTO RESEPT

Kişmişli keks resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: stəkan, qarışdırılır, qarışdırma, qablara, kişmiş, kağızınız, içinə, alınmış, kütlədən, qatıq, vanil, yumurta, şəkər, tökün, yoxdursa, isidilmiş, dəqiqə, olsun, bişirilir, qablarımızın
BİZİ İZLƏYİN