• Kəsmikli sağlam pankeyk resepti

Reseptin məlumatları Baxış sayı: 15 624

Tarix : 16-03-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
Yarım stəkan yulaf
Yarım stəkan yağsız kəsmik (bərk olmasın, bir qədər sulu olandan istifadə edin)
3 iri yumurtanın ağı
Balaca bananın yarısı
Çay qaşığı qabartma tozu (çay sodasından istifadə etməyin)
Bir damcı vanil suyu (ekstraktı)
Zövqə görə darçın (mütləq deyil)

Hazırlanması:
Bütün ərzaqları blenderdə yaxşıca qarışdırın (bir neçə saniyədən çox çəkməməlidir). Pankeklərin xəmiri hazırdı. Bir qədər duru amma çox da sulu olmayacaq.
Orta istilikdə altı yapışmayan tavaya bişirmə spreyi və ya kokos yağını sürtün (bunlar yoxdursa, hər hansı bir yağ ola bilər). Tavaya hər pankeyk üçün təxminən ¼ stəkan xəmir tökün və qapaqla üstünü örtün. Bir tərəfi bir qədər qızardıqda, çevirib digər tərəfini də bişirin (bu dəfə qapağa gərək yoxdur). Pankeyklər bişərkən bir qədər qabaracaq, amma çox deyil.
Pankeyklərin üzərinə bal töküb yeyin.

Nuş olsun!
Etiketlər: qədər, sağlam, həyat, istifadə, pankeyk, Sağlam, stəkan, reseptdir, artıq, mümkündür, yumurtanın, deyil, Yarım, kəsmik, yulaf, gərək, Pankeyklər, tərzi, Zövqə, darçın
BİZİ İZLƏYİN