• Krem-pendir naxışlı brauni resepti

Reseptin məlumatları Baxış sayı: 15 475

Tarix : 6-04-2016, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan yarım un
2 stəkan şəkər tozu
yarım stəkan kakao tozu (şirin olmayan)
yarım çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1/4 stəkan kərə yağı
60 qram plitka şokolad (şirin olmayan) – xırda xırda doğrayın
3/4 stəkan (bir stəkanın dörtdə üçü) süd
3/4 çay (bir qaşığın dörtdə üçü) qaşığı vanil ekstraktı
2 ədəd iri yumurta
yarım stəkan (110 qram) krem-pendir – otaq hərarətində yumuşaldılmış
1 iri yumurtanın ağı

Hazırlanması:
Sobanı 180C-dək qızdırın. Un, bir stəkan və bir stəkanın dörtdə üçü qədər şəkər tozu, kakao tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Kənara qoyun.
Yağ və şokoladı mikrodalğalı sobada istiyə dayanıqlı qabda 45 saniyə ərzində əridin. Mikrodalğalı sobanız yoxdursa, bir qazanda su qaynadın, şokolad və yağı istiyə danayıqlı qaba qoyub qaynayan qazanın üstünə yerləşdirin. Qarışdıra-qarışdıra əridin. Kənara çəkin.
Ayrı qabda süd, yarım çay qaşığı vanil ekstraktı və yumurtaları bir yerdə bir az çırpın (çəngəllə olar).
Şokoladlı qarışığı və südlü qarışığı unlu qarışığa əlavə edib mikserlə ərzaqlar qarışanadək çalın.
33 x 22 sm ölçüləri olan və kənarları bir az hündür bir listin kənarları və dibini duru yağla yağlayın. Alınan kütləni listə bolaşdıb yayın.
Geri qalan dörtdə bir stəkan şəkər tozunu, qalan dörtdə bir çay qaşığı vanil ekstraktını, krem-pendiri və yumurta ağını bir qaba qoyub mikserlə qarışanadək çalın. Alınan kütləni listdəki brauninin hər tərəfinə tökün. Sonra isə bıcağın ucu ilə üstdəki ağ kütləni altdakı şokoladlı kütləyə naxış verə-verə qarışdırın. Şəkillərə baxsanız proses daha aydın olacaq.
Braunini sobada 30 dəqiqə ərzində bişirin. Xəmir listin kənarlarından aralanmağa başladığında braunilər hazırdır. Çox bişirməyin. Hazır brauninin üstü bir qədər yumuşaq qalmalıdır, yoxsa bərk olar. Sobadan çıxardıb tamamilə soyutduqdan sonra kiçik kvadratlara kəsin.

Nuş olsun!
Etiketlər: stəkan, qaşığı, yarım, dörtdə, kütləni, şəkər, qabda, vanil, pendir, əridin, stəkanın, ərzində, xırda, qabartma, olmayan, brauni, brauninin, şokolad, mikserlə, qədər
BİZİ İZLƏYİN