Tərkibi:
Xəmir:1 paket quru maya (2 ¼ çay qaşığı)
1/4 stəkan ilıq su
2 1/2 stəkan ağ un
1/2 stəkan evdə hazırlanmış balqabaq püresi
1/2 stəkan süd
1/4 stəkan duzsuz kərə yağı, əridilmiş və soyudulmuş
1 çay qaşığı şəkər tozu
1/4 çay qaşığı duz
1/4 çay qaşığı sürtgəcdən keçirilmiş muskat cevizi
İçlik:3 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı qonur şəkər (yoxdursa, adi şəkər tozu ilə əvəz edin)
2 xörək qaşığı ağ un
1 1/2 çay qaşığı üyüdülmüş darçın
2 xörək qaşığı soyudulmuş duzsuz kərə yağı, kiçik hissələrə bölünmüş
1/3 stəkan pekan, doğranmış (çox da incə doğramayın; qozla əvəz edilə bilər)
Ağcaqayın qlazuru (siz bunun əvəzinə adi vanil qlazuru da hazırlaya bilərsiniz):
1 stəkan şkər pudrası
2 xörək qaşığı ağcaqayın siropu
1 1/2 xörək qaşığı süd
Hazırlanması:Xəmiri hazırlayın: İri və dərin bir qabda mayanı ilıq suda həll edin; 5 dəqiqə gözləməyə qoyun. Unun 2 stəkanını, balqabaq püresini, süd, yağ, şəkər, duz və Muskat cevizini əlavə edin. Mikserin orta sürətində tam qarışana qədər çalın. Qalan 1/2 stəkan unu da əlavə edib eynicinslu xəmir əldə edənə qədər yoğurun. Əldə etdiyiniz əxmiri yüngülcə unlanmış müstəvinin üzərinə qoyun və xəmir hamar və elastic olana qədər, təxminən 7 dəqiqə yoğurun. Xəmir bir az yapışqan olacaq, bu normaldır. Amma o sizin əlinizə çox yapışmalı deyil. Əgər yapışırsa bir azca da un əlavə edib yoğurmağa davam edin.
Xəmiri qaytarıb bir az zeytun yağı olə yağlanmış qabın içinə qoyun. Streç, yaxud çay dəsmalı ilə örtüb isti yerdə təxminən 45 dəqiqə, yaxud həcmi iki dəfə artana qədər saxlayın. (Xəmiri iki barmağınızla ehmalca basın. Əgər xəmirdə çökük izləri qalırsa deməli xəmiriniz kifayət qədər gəlib.)
İçliyi hazırlayın: Kiçik, dərin bir qabda şəkər tozu qonur şəkər, un və darçını qarışdırın. Soyuq yağı bu qarışığın içinə doğrayıb xəmir qarışdıran vasitəsilə qarışdırın, yaxud da barmaqlarınızla ovun. Əldə olunan qarışıq xırda lopaları xatırlatmalıdır. Pekanı da əlavə edib qarışdırın və kənara qoyun.
Xəmiri doldurun: İş masasını yüngülcə unlayın. Xəmiri masanın üstünə qoyub 45 x 28 sm-lik düzbucaqlı şəklində yayın. İçliyi üzərinə bərabər qaydada yayın. Düzbucaqlının uzun tərəfindən başlayaraq, içində hava qabarcıqları yaranmasın deyə yüngülcə basaraq kip burun. Ruleti 2.5 sm ölçülü 18 dilimə bölün. Dilimləri əvvəlcədən yüngülcə yağlanmış 28 sm-lik yumru soba tavasının içinə dairəvi şəkildə (şəkildəki qaydada) düzün. Üzərini örtüb 25 dəqiqəliyinə, həcmi iki dəfə artana qədər gəlməyə qoyun.
Rolları bişirin: Sobanı əvvəlcədən 190ºC-yə qədər qızdırın. Rolların üzərini açın. Sobanın orta gözünə yerləşdirib 20 dəqiqə ərzində, yacud qızılı-qonur rəng alana qədər bişirin. Üzərinə qlazur tökməzdən əvvəl təqribən 15 dəqiqə qabın içindəcə soyudun.
Qlazuru hazırlayın: Şəkər pudrası, ağcaqayın siropu və südü kiçik bir cəmə qoyub yumurtaçalanla eynicinsli kütlə alınana qədər çalın. Qlazuru rolların üzərinə tökün. İsti-isti süfrəyə verin.
Nuş olsun!
Etiketlər: qaşığı, qədər, stəkan, şəkər, xörək, Xəmiri, dəqiqə, qoyun, əlavə, yüngülcə, balqabaq, xəmir, üzərinə, qonur, qarışdırın, içinə, yaxud, hazırlayın, qabda, siropu