• Şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 75 925

Tarix : 26-05-2014, 08:05

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 6-8


Tərkibi:
3 ədəd yumurta
80 qram şəkər tozu
80 qram qara şokolad
30 ml portağal şirəsi
30 qram un
1 ç.q. qabartma tozu
1 ç.q. vanilin şəkəri
Duz

Keksləri bəzəmək üçün:
Şəkər pudrası
Şokolad ovuntuları

Hazırlanması:
Şokoladları xırdalayıb, balaca qazana tökərək, buxar vannasında əridin.
Una qabartma tozu əlavə edib, qarışdıraraq, ələkdən keçirin.
Yumurtanın ağını sarısından ayırıb, soyuducuya qoyun.
Yumurtanın sarısını şəkər tozu ilə mikserlə çalın.
Üzərinə vanil şəkəri və portağal şirəsi tökərək, 8 dəqiqə ərzində mikserlə çalmağa davam edin.
Sonra üzərinə əridilmiş şokolad və unu əlavə edib, qarışdırın.
İstəsəniz, üstünə sürtkəcdən keçirilmiş portağal qabığı (sedra) tökün.
Yumurtanın ağına duz səpib, yaxşıca çalın.
Sonra çalınmış yumurtanın ağını şokoladlı xəmirin üzərinə əlavə edib, qarışdırın.
Keks üçün xüsusi forma qablarına yağ çəkib, üstündən un səpin.
Sonra xəmiri forma qablarına töküb, 175-180 dərəcə qızdırılmış duxovkada 20 dəqiqə müddətində bişirin.
Bişmiş keksləri forma qabından çıxarıb, üzərinə şəkər pudrası səpin.
Süfrəyə verərkən keksləri şokoladlı ovuntularla bəzəyin.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: 180˚С, forma, üzərinə, Sonra, Yumurtanın, əlavə, şəkər, portağal, tökərək, qablarına, dəqiqə, mikserlə, səpin, ağını, şokoladlı, çalın, keksləri, şəkəri, qabartma, şirəsi, şokolad
BİZİ İZLƏYİN