• Badam əzməli keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 327

Tarix : 13-11-2015, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kişmiş,
100q şəkər pudrası,
500 q un,
2 ədət yumurta,
1 paket qabartma tozu,
1/4 çay qaşığı duz,
1 ədət portağal qabığının rəndəsi,
100 q əzilmiş badam,
200 q badam əzməsi,
75 q albalı

Hazırlanması:
Badamları yağsız tavada qovurun.
Qovurduğunuz badamların qabıqlarını təmizləyin.
Albalını təmiz yuyun.
Albalını incə-incə doğrayın.
Badamları və albalını , badam əzməsi ilə yoğurun.
Yöğurduğunuz badam əzməsini şəkər pudrası səpilmiş dəzgahda 35 cm uzunluğunda yuvarlayın.
175 q yumşaq kərə yağı, 100 q şəkər pudrası, duz və portağal rəndəsini möhkəm çırpın.
Əvəlcə yumurtaları yuyun.
Yuduğunuz yumurtaları bir-bir badam əzməsinə əlavə edin.
Sırayla un və qabartma tozu əlavə edib mikserlə qarışdırın.
Xəmiri , unlu dəzgahda, 35x35sm boyunda açın və öncədən hazırladığınız albalını xəmirin bir kənarına yerləşdirərək rulon bükün .
Birləşmə yeri üst -üstə gələcək şəkildə 39,5 sm uzunluğundaki,yağlanmış keks qəlıbinə qoyub basdırın.
Xəmiri , qəliblə bərabər kağız sərilmiş siniyə tərs çevirin.
180 dərəcə qızdırılmış fırında 45 dəqiqə bişirin.
Üzərindəki keks qəlibini alıb 10–15 dəqiqə daha bişirin.
50 q kərə yağını əridib keksin üstünə sürtün.
Qalan 25 q kərə yağını da əridib soyumuş keksə sürtün.
Qalan 50 q şəkər pudrasını keksin üzərinə səpin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: badam, şəkər, pudrası, sürtün, Qalan, albalını, əlavə, Badamları, əridib, Albalını, yağını, yumurtaları, keksin, yuyun, portağal, qabartma, dəzgahda, dəqiqə, xəmirinizi
BİZİ İZLƏYİN