Tərkibi:2 su stəkanı şəkər,
6 ədət yumurta ,
1 stəkan qatıq,
1 stəkan maye yağ,
2 paket qabartma tozu,
2 paket vanilin,
3 stəkan un,
2 yemək qaşığı kakao,
Qazanı yağlamaq üçün:
marqarin,
Hazırlanması:Şəkər və yumurtanı krem qatılığına gəlincəyə qədər çırpın, rəngi ağa yaxın olsun.
Sırasıyla maye yağı və südü əlavə edin.
Ayrı bir qabda unu ələyin.
Qabartma tozu, vanilini ələyərək qarışdırın.
Qaşıq- qaşıq yumurtaların olduğu qaba əlavə edilərək mikserlə qarışdırın.
Çox qatı olmayan bir keks xəmiri olmalıdır.Qatılığı blincik xəmiri kimi olmalıdır.
Keks bişirəcəyiniz qazanı marqarinlə yaxşı-yaxşı yağlayın.
Orta hissəsini 2 qat qatlanmış aliminium folqa ilə möhkəm örtün.
Keks xəmirini yavaşça qazanın hər yerinə eyni səviyyədə tökün.
Dibində birazsaxlayıb içinə kakao əlavə edib təkrar qarışdırın.
Keks qazanının üzərinə incə bir qat kakaolu xəmir tökün, sadəcə orta hissəsinə.
Qazanın qapağını hava keçirməyəcək dərəcədə bağlayın.
Heç bir yerdən içəri hava keçməməlidir.
Altına koyduğunuz təbəqənin üzərinə kül tökün , amma kül təbəqənin hər tərəfinə eyni səviyyədə yayılmalıdır. Belə olsa keksimizin hər tərəfi eyni ölçüdə şüşəcəkdir.
Külü fırınlardan ala bilərsiniz.
Vam odda bişirin.
Ocağın ən zəif gözündə, uzun bir zaman yavaş- yavaş bişirin.
Keks qazanının üzərindəki şüşə qapaqdan qabarmasına və bişməsinə baxa bilərsiniz.
Not: Keks qazanınızın ölçüsü 28 sm ölçüsündə olduğunda , istifadə etdiyiniz ölçü stəkanı yerinə bir az böyük stəkan istifadə edə bilərsiniz, yəni iki su stəkanına yaxın bir stəkan.
İstifadə etdiyiniz qatıq çox qatı olarsa, 1 çay stəkanı süd əlavə edin
.Ölçü stəkanı böyük olduğu üçün qabartma tozunu da 2 paket edə bilərsiniz.
Keksin bişməsi üçün bir saat yarım, 2 saata yaxın vaxt getsədə nəticədə çox dadlı bir keksə yiyələnmiş olursunuz.
Bişməsinə yarım saat qaldığı zaman qapağının deşiklərini azca açın.
Nuş olsun!
Etiketlər: stəkan, əlavə, bilərsiniz, stəkanı, tökün, paket, yaxın, qarışdırın, səviyyədə, yarım, yerinə, olsun, istifadə, etdiyiniz, böyük, olduğu, təbəqənin, bişirin, yaxşı, qabartma