• Kayzerşmarrn - imperator omleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 964

Tarix : 23-01-2016, 23:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
3 yumurta
250 ml süd
150 q un
1 çimdik duz
2 x.q. kişmiş (1 x.q. romda isladın)
2 x.q. badam yonqarı
şəkər tozu
kərə yağı
şəkər pudrası

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın.

Yumurta ağlarını möhkəm çalın.

Yumurta sarılarını unla qarışdırın. Südü, romda isladılmış kişmişi, 1 çimdik duz və ağappaq çalınmış yumurta ağlarını əlavə edin.

Kərə yağını tavada əridin, qarışığın hamısını içinə töküb hamarlayın. Alt üzü qızarınca bişirin. Sonra 2, yaxud 4 yerə bölüb çevirin (bütöv də çevirə bilərsiniz).

Şəkər tozu, kərə yağı, badam yonqarı əlavə edin. Hissələrə bölüb 3-5 dəqiqə daim qarışdıraraq bişirin. Sonda şəkər pudrası (darçın da olar) səpin.
Süfrəyə gavalı kompotu, alma mussu, yaxud giləmeyvə cemi ilə verə bilərsiniz.

Kayzerşmarrn - imperator omleti resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, Yumurta, pudrası, bilərsiniz, bölüb, bişirin, yaxud, əlavə, ağlarını, romda, yonqarı, çimdik, badam, yumurta, çevirə, giləmeyvə, qızarınca, bütöv, olsun, Şəkər
BİZİ İZLƏYİN