• Gavalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 252

Tarix : 4-02-2016, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q un
130 q şəkər tozu
100 q kərə yağı
1 yumurta
6 x.q. süd
10 gavalı
0,5 ç.q. vanil cövhəri
1 ç.q. qabartma tozu
0,5 ç.q. darçın
1 çimdik duz

Hazırlanması:
Unu qabartma tozu və duzla ələyin.
Blenderin qabına un, 2 x.q. şəkər tozu, yağın yarısını (kubik doğrayın) qoyub ovuntuq halına gələnədək qarışdırın.

Yumurta, vanil cövhəri və südü qarışdırın. Un ovuntuğunu əlavə edib qaşıqla qarışdırın. Qatı, eynicinsli olmayan kütlə alınacaq. Onu formaya tökün.
Gavalıları 4 yerə bölüb kəsiyi üzüaşağı olmaqla xəmirin üzərinə düzün. Azca üstündən basın. Şəkər tozunun qalanını darçınla qarışdırın, gavalıların üzərinə səpin. Kərə yağının qalanını əridib piroqun üzərinə gəzdirin.
Piroqu 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN