• Gözəgörünməz alma piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 503

Tarix : 8-12-2015, 23:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 x.q. konyak
90 ml süd
10 q qabartma tozu
160 q şəkər tozu
60 q un
4 alma
3 yumurta
2 x.q. bitki yağı
2 x.q. kərə yağı
3 x.q. qoz ləpəsi

Hazırlanması:
2 yumurtanı 80 q şəkər tozu ilə çalın. Qabartma tozu ilə qarışdırılmış unu əlavə etdikdən sonra bitki yağı, süd və konyak qatın.

Almanı təmizləyib, xüsusi sürtgəcin köməyilə çox nazik fal-fal doğrayın. Xəmirə qatın.

Diametri 18 sm olan formaya töküb 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

1 yumurtanı 2 x.q. ərinmiş kərə yağı və 80 q şəkər tozu ilə çalın, qaynar piroqu sobadan çıxarıb üzərinə gəzdirin, üstünə qoz səpin. Daha 10-15 dəqiqə bişirin.

Hazır piroqu tam soyudun, sonra 1 gecə soyuducuda saxlayın.

Gözəgörünməz alma piroqu resepti - FOTO RESEPT

Gözəgörünməz alma piroqu resepti - FOTO RESEPT

Gözəgörünməz alma piroqu resepti - FOTO RESEPT

Gözəgörünməz alma piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, piroqu, çalın, sonra, qatın, yumurtanı, bişirin, konyak, bitki, dəqiqə, qızdırılmış, sobadan, qaynar, ərinmiş, çıxarıb, sobada, üstünə, soyuducuda, saxlayın, olsun
BİZİ İZLƏYİN