• Kola piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 18 194

Tarix : 5-12-2015, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q un
2 yumurta
100 q ərinmiş kərə yağı
150 q şəkər tozu
3 dolu x.q. kakao tozu (2-si xəmirə, 1-i qlazura)
50 q şəkər pudrası (qlazura)
"Koka-kola" (0,5 st. xəmirə, 3 x.q. - qlazura)
2 ç.q. qabartma tozu

Hazırlanması:
Un, şəkər tozu, qabartma tozu və 2 x.q. kakaonu qarışdırın. Yumurta əlavə edin. Sonra ərinmiş kərə yağı, ardınca isə "Kola"nı qatıb qarışdırın.
Formaya perqament döşəyib xəmiri tökün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. 25 dəqiqə sobanın qapağını açmayın. Sonra isə bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın, lazım gələrsə, bir qədər də bişirin.

Piroqu çıxarıb soyudun.

Qlazur: kakao, şəkər tozu və "Kola"nı yaxşıca qarışdırın, piroqun üzərində bıçaqla kəsiklər edin, qlazuru üzərinə çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, qlazura, bişirin, Kolaı, ərinmiş, qabartma, kakao, xəmirə, Sonra, gələrsə, çıxarıb, Piroqu, qədər, kibrit, bişib, bişmədiyini, soyudun, yoxlayın, lazım
BİZİ İZLƏYİN