• Ərikli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 33 987

Tarix : 16-06-2014, 17:45

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şəkər tozu 350 q
Yumurta 2 ədəd
Kərə yağı 200 q
Xama 200 q
Çay sodası 1 ç.q.
Un 450 q
Ərik 12 ədəd

Hazırlanması:
Yumurtanın üzərinə şəkər tozu, daha sonra otaq temperaturunda yumşaldılmış kərə yağı əlavə edilib mikserlə çalınır.
Başqa bir qabda xamaya soda qatılır və qarışığa əlavə olunub yenidən çalınır.
Alınmış kütləyə un əlavə edilib yumşaq xəmir yoğrulur.
Ərik baş hissədən ikiyə çərtilir, üzərinə qaynar su gəzdirilib qabığı soyulur və iki hissəyə bölünüb tumu çıxarılır.
Hazır xəmir yağlanmış formaya yayılır, üzərinə ərik düzülüb qabaqdacan 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. hazırlanır.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, xəmir, çalınır, edilib, qabığı, soyulur, hissəyə, bölünüb, gəzdirilib, qaynar, olsun, ikiyə, çərtilir, çıxarılır, Hazır, yayılır, düzülüb, qabaqdacan, qızdırılmış
BİZİ İZLƏYİN