• Balqabaqlı kremli keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 714

Tarix : 12-06-2016, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədət yumurta,
1 stəkan yarım şəkər tozu,
1 stəkan zeytun yağı,
1 stəkan balqabaq rəndəsi,
Varsa yarım portağal qabığı rəndəsi,
2 stəkan pəhriz un,
1 çay qaşığı qabartma tozu,
2 çay qaşığı darçın,
1 stəkan əzilmiş qoz,

Kremi üçün:
2 stəkan süd,
3 yemək qaşığı şəkər,
3 dolu yemək qaşığı un,
1 çay qaşığı kərə yağı,
1 çay qaşığı vanilin,
1 paket krem şanti + gərəkirsə yarım stəkan süd,
Ayrıca: 2-3ədəd banan,

Bəzəmək üçün:
nar dənələri,

Hazırlanması:
Əvvəlcə kremi hazırlayın.
Un və şəkəri bir qazana alıb qarışdırın.
Südü əlavə edib çırpın.
Ocağın altını yandırın.
Qaynamağa başlayana kimi qarışdırın.
Qaynamağa başlayan kimi kərə yağı və vanilini əlavə edin.
Bundan sonra ocağı söndürün.
Sərin bir yerdə soyumağa qoyun .
Ara- sıra qarışdırın ki, üzəri qabıq bağlamasın.
26 sm- lik tort qəlibını kərə yağıyla yağlayıb unlayın.

Keks üçün:
Yumurta və şəkəri köpük -köpük olub ağarana qədər çırpın. Zeytunyağı, balqabaq rəndəsi və portağal qabığı rəndəsini əlavə edib yüngülcə qarışdırın.
Ələnmiş un və qabartma tozunu da əlavə edin.
Normal keks xəmirindən daha qatı olmalıdır.
Son olaraq darçın və əzilmiş qozu əlavə edib qarışdırın.
Yağlanıb unlanmış tort qəlibinə xəmiri töküb yayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında keksi 20-25 dəqiqəyə yaxın bişirin.
Qəlibi nəm bir bezin üzərinə qoyub 20-25 dəqiqə gözlədin.
Keksi qəlibdən çıxardıb düz bir servis tabağına alın.
Üzərinə 2 və ya 3 ədət bananı dilimləyib düzün.
Soyumaya burxdığınız krein içinə bir paket krem şantiyi töküb yenidən çırpın.
Qatı olarsa yarım çay stəkanı süd əlavə edin.
Kremi banan dilimlərinin üzərinə töküb yayın.
İstədiyiniz şəkildə bəzəyin.
Heç gözlətmədən servis edə bilərsiniz.
NOT: Bu tərifin keks hissəsində də pəhriz un işlədə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, qaşığı, qarışdırın, yarım, rəndəsi, töküb, çırpın, şəkəri, banan, yayın, bilərsiniz, servis, üzərinə, paket, Qaynamağa, köpük, qabartma, əzilmiş, pəhriz
BİZİ İZLƏYİN