• Pizza pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 13 300

Tarix : 14-07-2016, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Şəkərli peçenye xəmiri
250 qram mikserlə çalınmış yağsız pendir
Stəkanın üçdə biri qədər şəkər pudrası
1 çay qaşığı vanil
1 xörək qaşığı su
Seçimə görə dilimlənmiş meyvələr

Hazırlanması:
Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın.
12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun.
Pendir, şəkər pudrası və vanili qarışdırın.
Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.
Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin.
Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin.
Fırçayla meyvələrin üzərinə sürtün.
Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq.
Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, meyvələrin, pudrası, qaşığı, xəmirin, xəmiri, qədər, şəkilində, təbəqə, yaxın, Meyvə, yerləşdirin, dilimlərini, soyuducuda, saxlayın, qoyun, soyumağa, Pendir, vanili
BİZİ İZLƏYİN