• Yaş muffin resepti

Reseptin məlumatları Baxış sayı: 15 902

Tarix : 13-07-2016, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
4 yumurta
1.5 su stəkanı şəkər
1 su stəkanı duru yağ
Yarım su stəkanı ilıq su
1 su stəkanı süd
1 paket vanil
1 paket qabartma tozu
25 qram kakao
2,5 su stəkanı un

Keksi islatmaq üçün;
1 su stəkanı süd
1 yemək qaşığı şəkər
1 yemək qaşığı kakao
1 yemək qaşığı duru yağ

Hazırlanması:
Yumurta və şəkəri yaxşıca qarışdırıb sonra un istisna olmaqla digər ərzaqları əlavə edirik və qarışdırmağa davam edirik.
ən son unu yavaş yavaş əlavə edərək keks xəmirini hazırlayırıq.
Silikon keks qəliblrini yağladıkdan sonra qəliblərin arısına qədər xəmiri qoyub xəmirin bişdiyini kürdan köməyi ilə yoxlayırıq.
Muffinler bişərkən digər tərəfdən keksi islatmaq üçün lazımi ərzaqları bir qazana qoyub biraz isitdikdən sonra kakaonun yaxşıca qarışdırırıq.
Muffin sobadan çıxarıldıqdan sonra biraz isidildikdən sonra qəlibdən çıxarmadan hazırladığımız əlavədən üzərinə 1 və ya 2 qaşıq tökürük.
əlavənin yaxşı hopması üçün kürdanla kekslərdə deşiklər aça bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, qaşığı, yemək, islatmaq, digər, ərzaqları, biraz, qoyub, yavaş, edirik, əlavə, kakao, yaxşıca, paket, şəkər, deşiklər, qazana, lazımi, isitdikdən
BİZİ İZLƏYİN