• Browni dadında yaş keks resepti

Reseptin məlumatları Baxış sayı: 26 098

Tarix : 13-07-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd yumurta
1 stəkan şəkər
1 stəkan süd
1 stəkan un
1 stəkan duru yağ
1 paket qabartma tozu
1 paket vanil
3 yemək qaşığı kakao

Sosu üçün:
1 stəkan şəkər
1 stəkan süd
1/2 stəkan duru yağ
2 yemək qaşığı kakao

Hazırlanması:
Yumurtaları və südü 3 dəqiqə çırpırıq.
Şəkəri və duru yağ əlavə edib çırpmağa davam edirik.
Daha sonra unu, qabartma tozunu, vanili əlavə edirik.
Ən son kakaonu əlavə edib daha əvvəl yağladığımız qaba qoyub maksimum isidilmiş sobaya qoyuruq.
Sobanı 150 dərəcəyə gətirib bişməyə qoyuruq.
Sosu hazırlayıb soyumağa qoyuruq.
Keks isti, sos soyuq olacaq.

Nuş olsun!
Etiketlər: stəkan, qoyuruq, əlavə, qabartma, paket, yemək, kakao, edirik, şəkər, qaşığı, qoyub, maksimum, isidilmiş, yağladığımız, olacaq, kakaonu, əvvəl, sobaya, content, soyumağa
BİZİ İZLƏYİN