• Şokolad dənəcikli muffin resepti

Reseptin məlumatları Baxış sayı: 16 433

Tarix : 17-07-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
3 yumurta
1 su stəkanı şəkər tozu
1 çay stəkanı süd
1 su stəkanı duru yağ
1 çay stəkanı qatıq
1 paket vanil
1 paket qabartma tozu
2, 5 su stəkanı un
1 su stəkanı damla şokolad

Hazırlanması:
Dərin bir qarışdırma qabına yumurta və şəkəri qoyub 3 dəqiqə qarışdırın.
Süd, duru yağ və qatığı əlavə edib təkrar çırpın.
Un, vanil və qabartma tozu əlavə edib son dəfə çırpın.
Şokolad dənəciklərini də əlavə edib qaşıq köməyiylə qarışdırıb Silikon muffin qəliblərinə yarım olacaq şəkildə paylaşdırın.
Qəliblərə tökdükdən sonra üzərilərinə şokolad dənəcikləri səpin.
180°c isidilmiş sobada 25 dəqiqə bişirin.
Soyuduqdan sonra qəliblərdən çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, vanil, paket, qabartma, dəqiqə, sonra, şokolad, çırpın, yumurta, Qəliblərə, tökdükdən, content, paylaşdırın, üzərilərinə, olacaq, muffin, qəliblərinə, yarım, dənəcikləri
BİZİ İZLƏYİN