• Şokoladlı triliçe resepti

Reseptin məlumatları Baxış sayı: 14 733

Tarix : 18-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd yumurta
1 su stəkanı qədər duruyağ
1.5 su stəkanı qədər şəkər
10 yemək qaşığı un
5 yemək qaşığı irmik
1 paket vanil və qabartma tozu

Şərbəti:
6 yemək qaşığı şəkər tozu
5 su stəkanı soyuq süd
2 paket krem(400 ml)

Üzəri üçün:
şokolad sousu

Hazırlanması:
Şokoladlı triliçe şirniyyatı üçün əvvəlcə keksimizi hazırlayaq.
Yumurtaları dərin bir qaba qırdıqdan sonra, içinə şəkər əlavə edib mikserlə çalaq.
Daha sonra duruyağı əlavə edək.
İrmik, qabartma tozu, vanil və son olaraq un əlavə edərək qarışdıraq.
Bu keks ərzaqlarını dördbucaq bir qaba tökərək öncədən isitdiyimiz 200 dərəcəlik sobaya qoyaq.
Keks bişdikdən sonra soyumağa qoyaq.
Bu arada şərbətini hazırlamaq üçün şəkər, soyuq süd və kremi dərin qaba qoyaraq 10 dəqiqəyə qədər mikserlə çırpaq.
Keks soyuyanda şərbəti üzərinə tökək.
Sonra hazır şokolad sousunu üzərinə yayaraq hazırlayaq.
Dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, yemək, qaşığı, qədər, stəkanı, sonra, əlavə, üzərinə, soyuq, qabartma, qoyaq, şokolad, hazırlayaq, vanil, dərin, mikserlə, paket, şərbətini, arada, hazırlamaq
BİZİ İZLƏYİN