• Armudlu şokoladlı biskvit resepti

Reseptin məlumatları Baxış sayı: 14 241

Tarix : 18-07-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
(4 porsiya üçün)
75 qram kərə yağı
75 qram şəkər
2 yumurta
25 qram kakao
75 qram un
¼ çay q. qabartma tozu
4 armud
2 çay q. bal
Şəkər tozu

Hazırlanması:
Armudlu şokoladlı biskvit hazırlamaq üçün əvvəlcə kərə yağı və şəkəri mikserlə çalın.
Qabartma tozunu una qatın.
Sonra kakaonu və unu əlavə edin.
Alınmış kütləni 4 hissəyə bölün və keks qabına tökün.
Armudların aşağı hissəsini kəsib tumlarını çıxardın, qabdakı xəmirlərin üzərinə qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, çıxardın, tumlarını, qabdakı, xəmirlərin, hissəyə, kəsib, hissəsini, tökün, qabına, Armudların, aşağı, qoyun, bölün, Əvvəlcədən, sonra, soyuduqdan, pudrası, səpin
BİZİ İZLƏYİN