• Nektarinli keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 724

Tarix : 24-07-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı
100 q + 3 x.q. şəkər tozu
100 q un
0,5 ç.q. qabartma tozu
2 yumurta
2 nektarin
2 x.q. su

Hazırlanması:
Nektarinləri (tüksüz şaftalı) nazik dilimlərə doğrayın. Tavaya yığın. 3 x.q. şəkər tozu və 2 x.q. su əlavə edin. Orta itilikli ocağın üzərinə qoyun. Qarışdıraraq karamelləşənədək bişirin (yəni su buxarlanacaq, meyvə şirəsi ilə şəkər tozu qarışaraq qatılaşacaq). Bu siropda nektarinlər parıldamağa başlayacaq, deməli, hazırdır. Ocaqdan götürüb bir qırağa qoyun.

Otaq temperaturundakı kərə yağını şəkər tozu ilə çalın, çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edin.

Formanın 1/3-nə xəmiri tökün. Nektarinlərin yarısını xəmirin üzərinə düzün, azca basın. Xəmirin qalanını üzərinə tökün. Nektarinlərin də qalanını düzün.

180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Hazır olub-olmadığını diş və ya kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üzərinə, bişirin, Nektarinlərin, qoyun, düzün, qabartma, tökün, qalanını, Formanın, xəmiri, Tədricən, yağını, temperaturundakı, qırağa, çalın, çalmağı, yumurtaları, dayandırmadan
BİZİ İZLƏYİN