• Yaş mannı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 237

Tarix : 28-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan mannı yarması
1 fincan qatıq
1 fincan şəkər tozu
1 fincan un
2 yumurta
50 q kərə yağı
1 ç.q. qabartma tozu
1 çimdik duz
1-1,5 fincan süd

* 1 fincan = 240 ml

Hazırlanması:
Dərin qabda şəkər tozu və mannını qarışdırın. Qatıq, yumurta, duz qatıb qarışdırın. Kərə yağını əridib kütləni qarışdıraraq əlavə edin. Qabartma tozu ilə qatışdırılımış un əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Xəmir qatı alınacaq.

Sobanı 180 dərəcə qızdırın.

Formanın içini kərə yağı ilə yağlayın. Xəmiri içinə töküb üzərini hamarlayın. Sobada 50 dəqiqə - 1 saat bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sobadan çıxarıb isti-isti üzərinə süd gəzdirin. O, südü 1 dəqiqə ərzində hopduracaq və yupyumşaq olacaq.

Soyudun. Sonra formadan çıxarın.

Süfrəyə həmçinin bal və giləmeyvə mürəbbəsi ilə birlikdə də verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: fincan, qarışdırın, dəqiqə, əlavə, yumurta, şəkər, yoxlayın, gəzdirin, Sobadan, üzərinə, çıxarıb, kibrit, bişirin, üzərini, hamarlayın, Sobada, Bişib, bişmədiyini, hopduracaq, həmçinin
BİZİ İZLƏYİN