• Laminqton resepti

Reseptin məlumatları Baxış sayı: 13 495

Tarix : 29-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
jenuaz biskviti:
125 q şəkər tozu
4 yumurta (200 q)
1 ç.q. vanil cövhəri
125 q un
25 q kərə yağı

iç və qlazur:
100 q qatı gilənar (yaxud digər) cemi
300 q tünd şokolad
4 x.q. şəkər pudrası
4 x.q. süd
200 q kokos yonqarı

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Tərəfi 18 sm olan kvadrat formanın içinə perqament döşəyin.

Şəkər tozu, yumurta və vanil cövhərini odadavamlı ləyənə qoyub yüngülcə çalın. Sonra qaynayan su hamamına qoyub (dibi suya dəyməsin) 3-5 dəqiqə, köpüklənib həcmi 3 dəfə artıncayadək çalın.
Su hamamından götürüb mikserin yüksək sürətində daha 4-5 dəqiqə, soyuyub, qatılaşıb qaşıqla götürəndə qatı lentvari axın yaradıncayadək çalın.

Səliqə ilə, az-az ələnmiş unu qatın, çalışın, həcmi azalmasın. Əridilb soyudulmuş yağı da eyni qayda ilə qarışdırın.
Xəmiri formaya qaşıqla tökün, formanı əlinizlə o tərəf-bu tərəfə əyin ki, xəmir formanın içində bərabər yayılsın.
20 dəqiqə, üzü yüngül qızaranadək sobada bişirin. Əllə basanda biskvit qayıtmalıdır.

Formanı sobadan çıxarın. Onu bir gecə elə formanın içində, üzərinə dəsmal çəkib, saxlamaq da olar, bu zaman biskviti doğramaq daha rahat olur.

Formanın kənarlarına iti bıçaq salıb biskviti ayırın, formadan çıxarın. Biskviti tərəfi 6 sm olan kvadratlara bölün.
Bir kvadratın üzərinə cem çəkin, ikinci biskvit layını üzərinə qoyun. Hamısını bu qayda ilə hazırlayıb qlazur hazır olunca soyuducuda saxlayın.

Şokoladı su hamamında əridin. Şəkər pudrası və süd qatın.

Kokos yonqarını düz boşqaba səpin.

Pirojnaları hərtərəfli qlazura, sonra isə kokos yonqarına batırın. 1 saat soyuducuda saxlayın (şokolad bərkiyənədək).

Avstraliyalılar laminqtonu kip bağlanan qablara yığıb dondurucuda 2-3 ay saxlayırlar. Onun donu tez açılır. İstənilən halda ağzı kip bağlanan qablarda soyuducuda saxlanmalıdır.

Nuş olsun!
Etiketlər: çalın, formanın, dəqiqə, üzərinə, soyuducuda, biskviti, həcmi, Şəkər, qoyub, qaşıqla, biskvit, bağlanan, saxlayın, çıxarın, qayda, qatın, içində, kokos, şəkər, pudrası
BİZİ İZLƏYİN