• Dilimli alma piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 004

Tarix : 29-07-2016, 19:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
150 ml süd
1,5 ç.q. quru maya
1 yumurta
1 x.q. xama
1,5 x.q. şəkər tozu
0,5 ç.q. duz
50 q kərə yağı
370 q un

iç:
3 orta boy alma
40 q qəhvəyi şəkər tozu
0,5 ç.q. darçın
bitki yağı (formanı yağlamaq üçün)

Hazırlanması:
İsti süddə mayanı əridin. Şəkər tozu, duz, xama, yumurta və əridilmiş kərə yağını əlavə edin, yaxşıca qarışdırıb ələnmiş un qatın, xəmir yoğurub üzərinə dəsmal çəkin, isti yerdə 25-30 dəqiqə saxlayın.
Qəhvəyi şəkər tozunu darçınla qarışdırın. Almaları yuyun, cecəyini çıxarıb dilimləyin. Hər dilimi darçınla şəkər qarışığına batırın.
25-30 dəqiqə sonra xəmirin həcmi artmalıdır. Gəlmiş xəmiri təxminən 0,7 sm qalınlıqda yayın. Dairələr kəsin. Hər birinin üzərinə bir dilim qoyun. Xəmirin kənarlarını qaldırıb bitişdirin. Bitki yağı çəkilib perqament döşənmiş formaya (d=26 sm) dairə boyu yanaşı düzün. Orta hissədəki dairəyə almanın yarısını qoyub bükün. Şəkər tozuyla darçın qarışığının qalanını üzərinə səpin.
15 dəqiqə isti yerdə saxlayın. Dilimlər şişəndən sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarıncayadək bişirin.
Hazır piroqun üzərinə şəkər pudrası səpə bilərsiniz. Bu piroqu doğramaq lazım gəlmir, dilimlər rahatca bir-birindən ayrılır.

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, üzərinə, saxlayın, Şəkər, xəmir, darçınla, sonra, yumurta, darçın, yerdə, qoyub, yarısını, bükün, qalanını, qarışığının, tozuyla, almanın, düzün, çəkilib
BİZİ İZLƏYİN