• Kezekuxen resepti

Reseptin məlumatları Baxış sayı: 13 788

Tarix : 31-07-2016, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q un
1 ç.q. qabartma tozu
1 yumurta
75 q şəkər tozu
65 q soyuq kərə yağı
1 x.q. xama
1 çimdik duz

:
200 q şəkər tozu
100 q bitki yağı
4 yumurta
300 ml süd
100 ml qaymaq
2 ç.q. vanilli şəkər tozu
1 qutu quru pudinq (yaxud 40 q qarğıdalı nişastası)
1 kq kəsmik (krem kimi)

28 sm diametrli forma

Hazırlanması:
Xəmir:
Unla qabartma tozunu qarışdırın, soyuq yağı üzərinə sürtgəcdən keçirin, digər ərzağı da qatıb əlüstü qarışdırın, plyonkaya büküb soyuducuya qoyun.

İç:
Krem qatılığında kəsmik yoxdursa, adi kəsmiyi ələkdən keçirin. Bütün ərzağı mikserlə eynicinsli hala gələnədək çalın. İç duru alınacaq. Belə də olmalıdır.

Xəmiri iki yerə bölün. Xəmirin bir hissəsini yayın, formanın içinə döşəyin, ikinci hissəni də yayıb döşəyin, kənarlarını qaldırın. İçi töküb hamarlayın.

170 dərəcə qızdırılmış sobada 75 dəqiqə bişirin (sobaya qoyandan 30-40 dəqiqə sonra üzərinə folqa çəkin ki, yanmasın).

Bişdikdən sonra sobanı söndürün, qapağını azacıq açıq qoyun, tam soyuyanadək formanı sobadan çıxarmayın.

Sobada bir gecə də saxlaya bilərsiniz. Tam soyumuş piroqu formadan çıxarın, üzərini çalınmış qaymaqla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, sonra, üzərinə, ərzağı, dəqiqə, keçirin, kəsmik, qarışdırın, yumurta, qabartma, soyuq, döşəyin, qoyun, sobaya, folqa, Bişdikdən, yanmasın, çəkin, qoyandan, qızdırılmış
BİZİ İZLƏYİN