• Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 358

Tarix : 31-07-2016, 10:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q un
4 x.q. şəkər tozu
1 ç.q. darçın
1 çimdik duz
20 q təzə maya
200 ml süd
2 yumurta
2 x.q. bitki yağı
4 alma
0,5 limonun şirəsi

Hazırlanması:
Mayanı isti süddə əridib 2 x.q. şəkər tozu və 100 q un əlavə edin. Yaxşıca qarışdırın, üzərinə dəsmal çəkib isti yerdə 30 dəqiqə saxlayın.
Unu təpəcik kimi ələyin, ortasında çala açın, içinə bitki yağı, yumurta, duz və baratanı əlavə edib xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə 1 saat saxlayın.
Xəmiri iki bərabər kündəyə bölüb 5-8 mm qalınlıqda oval yayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarın, xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin, şəkər tozu və darçınla qarışdırın.
Perqament qoyulmuş siniyə xəmirin birini döşəyin. İçi üzərinə qoyub bərabər yayın.
İkinci yaydığınız xəmirin üzərində kənarlardan 3 sm yer qoyaraq paralel kəsiklər edin. Bunu almanın üzərindən qoyun və "hörməyə" başlayın. Aşağıdan-yuxarıya hörmək daha rahat olur. Bir şəridi o birinin üzərinə qoyun, "ilmə" alınır, ikinci şəridi onun altından çıxarıb üçüncünün üzərinə qoyun, üçüncünü ikincinin altından çıxarıb dördüncünün üzərinə qoyun... və bu qayda ilə yuxarıyadək gedin. Sonuncu "ilməni" elə yuxarıda qatlayın.
Piroqun kənarlarını bərkidib 40 dəqiqə saxlayın. Üzərinə çalınmış yumurta çəkib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Sobadan çıxarıb bir qədər soyudun, doğrayın.

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: hörüklü, üzərinə, qoyun, çəkib, saxlayın, şəkər, çıxarıb, dəqiqə, yumurta, xəmirin, bitki, Üzərinə, altından, yayın, doğrayın, bərabər, yerdə, şəridi, şirəsi, əlavə, dəsmal
BİZİ İZLƏYİN