• Nega Maluca şokoladlı keksi resepti

Reseptin məlumatları Baxış sayı: 14 839

Tarix : 1-08-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
4 yumurta
1,5 fincan şəkər tozu
2 fincan un
1 fincan qoxusuz bitki yağı
1 fincan kakao
1 fincan qaynar su
1 x.q. qabartma tozu

şokoladlı krem:
1/2 banka (195 q) qatılaşdırılmış süd
6 x.q. kakao
6 x.q. süd
1 x.q. kərə yağı

(fincan = 240 ml)

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

20x30 sm ölçülü düzbucaqlı formanı yağlayıb un səpin.

Şəkər tozunu, birlikdə ələnmiş un, kakao və duzu, kərə yağını qarışdırın. Qaynayan su əlavə edib qarışdırın, yumurta, qabartma tozu əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri hazırladığınız formaya töküb qaşıqla üzərini hamarlayın. Sobada 40 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpüylə yoxlayın. Soyudub formadan çıxarın.

Şokoladlı krem: tayqulpda krem üçün göstərilən bütün ərzağı qarışdırıb ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Hazır keksin üzərinə çəkin.

Nuş olsun!
Etiketlər: fincan, qarışdırın, kakao, bişirin, qabartma, yumurta, əlavə, Hazır, olmadığını, kibrit, yoxlayın, çöpüylə, Soyudub, dəqiqə, qaşıqla, üzərini, hamarlayın, Sobada, formadan, tayqulpda
BİZİ İZLƏYİN