• Brownie pizzaları resepti

Reseptin məlumatları Baxış sayı: 12 768

Tarix : 7-08-2016, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Brownie üçün:
100 gr kərəyağ (otaq temperaturunda yumşaq)
140 gr şəkər
4 ədəd yumurta
1 paket vanil
2 çimdik duz
300 gr tünd şokolad (ərimiş)
90 gr un

Kremi üçün:
6 yemək qaşığı labne pendiri
4 yemək qaşığı kərəyağı (otaq temperaturunda yumşalmış)
120 gr (3/4 su stəkanı) pudra şəkəri
1 çay qaşığı vanil
Fəsil meyvələri

Hazırlanması:
Sobanızı 180 dərəcədə isidin.
Soba qabının içini duru yağ ilə yağlayın və kənarlarına çıxacaq şəkildə yağlı kağız kəsərək yerləşdirin.
Yumşaq kərəyağ və şəkəri mikserlə 3 dəqiqə çalın.
Yumurtaları tək tək aralarda çırpmaqla əlavə edin.
Duz və əridilib soyudulmuş şokoladı tökün.
Vanili və unu da əlavə edib çalın və qaba töküb yayın.
Sobada 15 dəqiqə bişirin.
Çıxarıb soyutduqdan sonra dairəvi qəliblərlə kəsin.
Mikser qabında kərəyağ və labne pendirini rəngi açılıb ağarana qədər çalın.
Pudra şəkərini və vanili da əlavə edin və kremi çalmağa davam edin.
Dairəvi brownie’lərin üzərinə sürtün və fəsil meyvələri ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: kərəyağ, qaşığı, çalın, əlavə, temperaturunda, şəkəri, vanil, yemək, labne, dəqiqə, meyvələri, dairəvi, soyutduqdan, sonra, kəsin, Çıxarıb, qəliblərlə, yayın, soyudulmuş, əridilib
BİZİ İZLƏYİN