• Çiyələkli-bananlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 17 480

Tarix : 12-09-2017, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qram un
200 qram kərə yağı
3 yumurta
0,5 su stəkanı şəkər
2 ədəd banan
12 ədəd çiyələk
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:
Bananları bir qabda çəngəl ilə əzin, çiyələyi xırda-xırda doğrayıb başqa bir qaba yığın.
Yağı şəkər ilə qarışdırın, yumurtanı, vanili əlavə edib mikserilə çalın və hissə-hissə əzilmiş bananı əlavə edərək çalın.
Unu qabartma tozu ilə qarışdırıb üzərinə əlavə edin.
Alınmış kütləni keks qablarına doldurun.
Üzərinə doğranmış çiyələkləri düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qabartma, xırda, hissə, çalın, şəkər, paket, edərək, dəqiqə, qarışdırıb, üzərinə, bananı, əzilmiş, mikserilə, olsun, bişirin, Alınmış, kütləni, doğranmış, dərəcəlik
BİZİ İZLƏYİN